Qızıl balıq

Tədbir haqqında

“Qızıl balıq” 

 Yaş reytinqi: 6+

Müəllif: Pərvin Nurəliyeva (A.S.Puşkinin nağılının motivləri əsasında)

Quruluşçu rejissor: Elşad Rəhimzadə

Baş rolların ifaçıları: Elnur Hüseynov (Əməkdar artist), Zemfira Əbdülsəmədova və Asya Atakişiyeva

Janr: nağıl-tamaşa

Tamaşanın müddəti:  bir hissəli, müddəti-1 saat

 

         Yazıçı-dramaturq Pərvin Nurəliyevanın A.S.Puşkinin “Balıqçı və qızıl balıq nağılı”nın motivləri əsasında səhnələşdirdiyi “Qızıl balıq” tamaşası əslində insanlara, cəmiyyətə bir mesajdır: halal təknənə haram qatma, ailənin, əlində olanların qədrini bil. Baba ilə Nənənin simasında bu mesaj tamaşaçıya aydın şəkildə ötürülür.

Tamaşanı maraqlı dekorasiya, musiqi və rəqslər müşayiət edir. Aktyorların geyimi də onunla ahəngdarlıq təşkil edir.

Yaş məhdudiyyəti / Dil

6+
Qızıl balıq Qızıl balıq