“Cücələrim” mahnı və rəqs ansamblı

Tədbir haqqında

19 mart 2024-cü il tarixində saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində əfsanəvi “Cücələrim” mahnı və rəqs ansamblının Novruz bayramına həsr olunmuş hesabat konserti keçiriləcək. Sizi milli, müasir və klassik rəqslər, caz və estrada vokalı, instrumental kompozisiyalar və idman nömrələri gözləyir. Konsert proqramında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Respublika Uşaq-gənclər İnkişafı Mərkəzinin dərnək üzvləri olan gənc rəqqaslar, idmançılar, vokal və instrumental ifaçıları öz məharətlərini nümayiş etdirəcəklər. Novruz bayramını istedadlı uşaqlarımızla birlikdə qeyd edək!

Yaş məhdudiyyəti / Dil

3+
“Cücələrim” mahnı və rəqs ansamblı “Cücələrim” mahnı və rəqs ansamblı