İsgəndər Coşğunun eyni adlı əsəri əsasında hazırlanan tamaşa azyaşlı tamaşaçılarla dialoq qurulmaqla başlayır. Əsərin əsas qəhrəmanı dovşan çox tənbəl və ərkəsöyünlüyü ilə seçilir. Onunla dostluq edən digər meşə heyvanları isə dostları dovşana cəsurluğu , işgüzar olmağı öyrədirlər. Tamaşanın uşaqlara verdiyi mesaj isə budur ki , insan həyatda xoşbəxtliyi öz zəhməti və əziyyəti ilə qazanmalıdır. Tamaşa eyni zamanda şən musiqilər fonunda azyaşlı tamaşaçıları özünə valeh edir.
Quruluşçu Rejissor : Loğman Kərimov ( Əməkdar Artist )