Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Balaca şahzadə”
Yeni il münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Yazıçı-publisist İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı isə Ruslan Ağababayevdir.
2019-cu ildən teatrın repertuarına daxil edilən səhnə əsəri uzun fasilədən sonra yenidən Akademik Musiqili Teatrda nümayiş etdiriləcək.
Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak edəcəyi bu əyləncə və macəra dolu tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.
“Balaca şahzadə” əsərinin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.
İştirak edirlər:
Balaca Şahzadə — Elcan Kəlbiyev, Səid Kəlbiyev
Kral — Ələkbər Əliyev (Əməkdar artist)
Pilot — Əmrah Dadaşov
Qızılgül — Nuray Məmmədzadə
Kommersant — Əli Kərimli
Şoumen — Murad Əliyev
Tülkü — Ruslan Mürsəlov
Şaxta baba — Elcin İmanov
Qar qız — İlahə Rüstəmova

8 ₼-dan
15 ₼-dan
5 ₼-dan
8 ₼-dan
8 ₼-dan
15 ₼-dan