Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Ağaxan Salmanlı. “Möcüzəli pillələr”
Teatr ilə ilk tanışlıq
Yaş reytinqi: 6+
Müəllif: Ağaxan Salmanlı
Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)
Əsas rolların ifaçıları: Elnur Bəhramxan (Əməkdar artist), Sənan Kazımlı, İlhan Sadıqov, Ramil Şamiloğlu, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Hüseyn Bayramov, Zümrüd Quliyeva, Müşfiq Elmanoğlu, Yusif Dadaşov, Anar Səfiyev, Xaliq Bəkirov, Aygün Fətullayeva, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Araz Pirimov, İlahə Əmirxanova, Mətləb Abuşov
Janr: müstəqil təcəssüm-kompozisiya
Tamaşanın müddəti: – 1 saat
“Möcüzəli pillələr” tamaşası teatr ilə ilk tanışlıqdan bəhs edir. Onun maraqlı cəhəti budur ki, balaca tamaşaçılara tamaşaların necə hazırlanması, səhnənin nə demək olduğu, eyni zamanda, səhnə planları haqqında məlumat verilir. Əslində teatrın necə bir ciddi yaradıcılıq məkanı olmasından bəhs edən bu tamaşada əsas rolları gənc aktyorlarımız oynayırlar.
Gənc nəslin estetik tərbiyəsinə bir töhfə kimi oynanılan bu tamaşa həm də onlara məkanlara uyğun davranış qaydaları barədə informasiya verir.
Çox gözəl səhnə tərtibatı, ciddi anlamlar verən kölgə oyunları, cazibəli səhnə və aktyor geyimi ilə müşayiət olunan tamaşa gənc tamaşaçılarımıza teatr sənətinə rəğbət və hörmət hissi aşılayır.

7 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan