Hans Kristian Andersenin bu nağılı əsl dostluq, sədaqət və sevginin gücü haqqındadır. Qar kraliçası Kayı öz buzlu səltənətinə aparanda Gerda qardaşını xilas etmək üçün təhlükəli səyahətə çıxır. Yol boyu müxtəlif sınaqlarla qarşılaşan və fərqli personajlarla tanış olan Gerda sübut edir ki, səmimi qəlb ən soyuq buzları da əridə bilər. Bu, cəsarət, xeyirxahlıq və sevginin soyuğa və laqeydliyə qalib gəlməsi haqqında təsirli bir hekayədir.
Qaydalar
🔹 3 yaşadək uşaqlar üçün giriş pulsuzdur (valideyn bileti olduğu halda, uşaq ayrıca yer tutmadan valideynin qucağında əyləşir).