COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
"Danışan gəlincik"
Müəllif: Abdulla Şaiq
Yaş həddi: 3+
İki hissəli nağıl tamaşa 1-ci hissə - 50 dəgigə
2-ci hissə - 35 dəgigə
Danışan gəlincik tapıb, onunla danışmaq, söhbət etmək arzusunda olan Şahzadə üçün kasıb bir ailənin qızını pulla alıb saraya gətirirlər. İnci adlı bu gözəl qız var-dövlət içində, gözəl həyat şəraitində xoşbəxt deyil, öz ailəsini arzulayır. Dosrt-dosta heç vaxt yalan danışmaz, yalançı dost ilə ürək barışmaz. Dünyada hər şeyi pulla almaq mümkündür, lakin insan qəlbini, ailə mehribanlığını, hər şeydən öncə isə valideynləri, bacı-qaradşları pulla almaq mümkün deyil. Bu ideyanı əsas götürən dramaturq Şahzadə personajı ilə onun ata-anasına həyat dərsi verir, bu kasıb ailəni saraya gətirdir. Onlar mehriban bir ailə kimi yaşayırlar.
Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist) Rollar və ifaçılar: İnci - Günel Məmmədova, Simuzər Ağakişiyeva Rəmziyyə - Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva Şah - Elşən Hacıbabayev, Anar Seyfullayev Xanım - Mehriban Hüseynova Nazlı - Leyli Vəliyeva (Əməkdar Artist), Güşvər Şərifova Kərim - Eyvaz İbrahimov, Elşən Şıxəliyev Dayə - Gülər Nəbiyeva (Əməkdar Artist), Xalidə Əliməmmədova Vəzir - Müşfiq Əliyev, Eşqin Quliyev Aslan - Roza İbadova