Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Qırmızıpapağın nağılı”
Yaş həddi: 5+
Müəllif: Yevgeni Şvarts (Tərcümə edəni: Nigar)
Quruluşçu rejissor: Bəhram Osmanov (Əməkdar incəsənət xadimi)
Baş rolların ifaçıları: Günel Məmmədova, Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Xalidə Əliməmmədova, Elşən Hacıbabayev, Müşfiq Elmanoğlu, Ədalət Əbdülsəməd, Aydın Dəmirov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: Birhissəli – 1 saat
Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinə süd və kökə aparmaq
istəyir, lakin anası qorxur. Bilir ki, meşənin içindən keçən yollar çox
təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq,
Qırmızıpapaq yola düzəlir. O, həqiqətən yollarda belə çətin maneələrlə
qarşılaşır. Onun dovşan və quşlar kimi sədaqətli dostları var, hətta Ayı belə
nadan Tülkü ilə Canavarın əleyhinə çıxır, Qırmızıpapağa kömək edir.
Bütün çətinliklərə baxmayaraq, Qırmızıpapaq gəlib nənəsinin yanına
çatır. Canavar hiylə işlədib bu evə gəlir, əvvəlcə nənəsini, sonra Qırmızıpapağı
udur.
Xeyirxah Meşəbəyinin sayəsində qızcığaz da, nənə də xilas olurlar.
Elə tamaşanın da qayəsi budur ki, insanlar xeyirxah olmalı, bir-birinə
kömək etməli, dostluqda sədaqət nümunəsi göstərməyi bacarmalıdırlar.

25 ₼-dan
8 ₼-dan
8 ₼-dan
10 ₼-dan
8 ₼-dan
6 ₼-dan