COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Yevgeni Şvarts. “Qırmızı papağın nağılı” Tərcümə edəni: Nigar Quruluşçu rejissor – Bəhram Osmanov Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinə süd və piroq aparmaq istəyir. Lakin anası qorxur. Bilir ki, meşənin içindən keçən yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda belə çətin maneələrlə qarşılaşır. Lakin onun Dovşan quşlar kimi sədaqətli dostları var. Hətta Ayı belə nadan Tülkü ilə Canavarın əleyhinə çıxır, Qırmızı papağa kömək edir. Bütün çətiinliklərə baxmayaraq, Qırmızı papar gəlib nənəsinin yanına çatır. Lakin Canavar hiylə işlədib bu evə gəlir, əvvəlcə Qırmızı papağı, sonra nənəsini udur. Xeyirxah Meşəbəyinin sayəsində qızcığaz da, nənə də xilas olurlar. Elə tamaşanın da qayəsi budur ki, insanlar xeyirxah olmalı, bir-birinə kömək etməli, dostluqda sədaqət nümunəsi göstərməyi bacarmalıdırlar.