Yeni İl Şənliyi

Tədbir haqqında

  Yanvarın 2,3 və 4-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri əyləncəli-interaktiv tamaşa keçiriləcək.
Uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.
  Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehirli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.
  Saat 12:00-da başlayacaq nağıl-tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan və İticket.az saytından onlayn əldə edə bilərsiniz. Biletlərin qiyməti 6-25 manat təşkil edir.
  Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliklərində uşaqlar tamaşaçı foyesində Şaxta baba və digər nağıl qəhrəmanları ilə pulsuz fotosessiya etmək imkanı əldə edəcəklər.

Yaş məhdudiyyəti / Dil

0+
Yeni İl Şənliyi Yeni İl Şənliyi