Sığınacaq

Tədbir haqqında

“Kibbutz” Müasir Rəqs Şirkəti

Ölkə: İsrail
Rejissor: Rami Beer
Müddəti: 55 dəqiqə
Janr: müasir rəqs
Yaş həddi: 13+

Səhnəyə qoyduğu “Sığınacaq” tamaşasında Beer şəxsiyyət, xarici mənşə, zülm, azadlıq, mənsubiyyət, vətən, həsrət və ev kimi konsepsiyaları tədqiq edir. Onun sözlərinə görə, bu konsepsiyalar ekzistensial baxımdan harada və nə vaxt olmasından asılı olmayaraq, hər bir insana aiddir. Ev kimi identifikasiya edilən yerin axtarışı insanın ekzistensial təcrübəsinin bir hissəsidir.

 “Kibbutz” Müasir Rəqs Şirkəti, dünyada ən öndə gedən rəqs şirkətlərindən biridir və bədii rəhbəri Rami Beerin yaradıcılığı ilə tanınır. Onun eksklüziv və unikal xoreoqrafiya üslubu şirkətin həm İsraildə, həm xaricdə brendə çevrilmişdir. Texniki cəhətdən güclü və fiziki cəhətdən müxtəlif rəqqaslar komandası və dinamik həssaslığı ilə şirkət İsrail rəqsini ən yaxşı tərəfdən səciyyələndirir və mütəmadi olaraq ən nüfuzlu teatrlarda və dünya üzrə qabaqcıl festivallarda çıxış edir. 

 

Yaş məhdudiyyəti / Dil

13+
Sığınacaq Sığınacaq