Lanqustun harayı

Tədbir haqqında

Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı
Ölkə: Rusiya
Rejissor: Mixail Sitrinyak
Müddəti: 1 saat 30 dəqiqə
Janr: dram
Yaş həddi: 16+
Dil: rus dili, Azərbaycan dilində subtitrlər ilə

Quruluşçu rejissor: Mixail Sitrinyak

Rəssam: Mariya Rıbasova

Kostyum üzrə rəssam: Viktoriya Sevryukova

Bəstəkarlar: Boris Kiner, Aleksandr Prokopoviç

Tərcümə: Mariya Zonina

Aktyorlar: Yuliya Rutberq (Sara Bernar), Andrey İlyin (Jorj Pitu)

Görkəmli aktrisa Sara Bernar keçmişdə baş vermiş hadisələri bərpa etməyə çalışır. Öz xatirələrində o, yenidən səhnəyə, uşaqlığına, anası ilə münaqişələrə yaxud sevgilisi ilə söhbətlərə qayıdır. Bütün bunlar ona nə üçün lazımdır? Bəli, bütün bunlar ona solğun həyatını duyğu və emosiyalarla doldurmaq üçün lazımdır, lakin bu dəfə yalnız xatirələrdə. Onun hələ də səhnəyə və tərəf müqabillərinə ehtiyacı var. Sara Bernar monoloqlar və katibi Pitu ilə xəyali dialoqlar aparır.

Bəzi vacib sözlər söylənilməyib, belə ki, Sara Bernar inadla öz mərhum rəqibləri ilə birtərəfli mübahisələri davam etdirir. Yoxluğun astanasında hisslər, iztirablar, ehtiras, irrasionallıq – hamısı təbii şəkildə geri qayıdır. Və həyatın mahiyyəti, teatrın mahiyyəti də elə budur.

Yaş məhdudiyyəti / Dil

16+
Lanqustun harayı Lanqustun harayı