Ördək ovu

Tədbir haqqında

Vene Teatrı (Estoniya) 

Bu il Estoniya Rus Teatrı (Vene Teater) öz 70 illik yubileyini qeyd edir. Bu illər ərzində kollektivdə bir çox rejissorlar və aktyorlar nəsli dəyişib. Bir vaxtlar məhz bu teatrda Andrey Tarkovski və Roman Viktyuk tamaşalara quruluş verirdilər. Bu gün isə burada Viktor Rıjakov və Saşa Pepelyayevin tamaşaları nümayiş olunur. 90-cı illərin sonlarından başlayaraq, teatrın səhnəsində dəyişməyən klassik repertuardan savayı, müasir eston dramaturqlarının pyesləri də yer almağa başlayıb. 2017-ci ildən etibarən moskvalı rejissor Filipp Los teatrın yeni bədii rəhbəridir.

 

Ördək ovu   

20 ildən çox Finlandiyada yaşayan Kamran Şahmərdan, teatr rejissoru və öz “Ağ və qara” teatrının rəhbəri kimi məşhurluq qazanmışdır. O, müntəzəm olaraq doğma Azərbaycanda, Rusiyada, bu yaxınlardan etibarən isə Estoniyada müxtəlif tamaşaları səhnələşdirir. Kamran Şahmərdanın Vene Teatrıdakı yeni quruluşu olan “Ördək ovu” tamaşası Aleksandr Vampilovun (1937-1972) eyni adlı pyesi əsasında hazırlanıb. Tamaşanın mərkəzində zaman və onun ritmindən sözün əsl mənasında “kənara düşən”, hərəkət və hərəkətsizliyin bərabər səviyyədə öldürücü təsirinə məruz qalan Viktor Zilovun (aktyor Aleksandr İvaşkeviç) mürəkkəb və birmənalı olmayan obrazı dayanır. Rejissorun fikrincə, “Ördək ovu”, XX əsrin rus dramaturgiyasının ən mürəkkəb əsərlərindən biridir. Bu əsərdə həm Çexov teatrının izlərini, həm də müasirliyin qulaqbatırıcı səslərini eşitmək mümkündür. Kamran Şahmərdanın tamaşası keçmiş və indiki zaman arasında dialoqdur: əsərin qəhrəmanı öz yaddaşında unudulmuş fraqmentləri bərpa etməyə çalışır. Onun həyatı bütünlükdə “yerində addımlamaqdan”, daim nəyisə gözləməkdən, bəzənsə faciəni məzhəkəyə çevirməkdən ibarətdir... Bütün hadisələr sonsuz “yeyib-içməklərin” ətrafında, Zilovun dramının oynanıldığı restoranda cərəyan edir.

 

 

Rejissor: Kamran Şahmərdan

Janr: musiqili tragikomediya-fars

Tarix: 07/11/2018, çərşənbə

Vaxt: 19:00

Məkan: Azərbaycan Dövlət Musiqili Teatrı

Dil: rus

Müddət: 180 dəqiqə (20 dəqiqəlik antrakt ilə)

Yaş həddi: 12+

Yaş məhdudiyyəti / Dil

12+
Ördək ovu Ördək ovu