Kaştanka

Tədbir haqqında

Brodyaçaya sobaçkaKukla Teatrı (Rusiya)

Peterburqun “Brodyaçaya sobaçka” Kukla Teatrı artıq 25 ildir ki, fəaliyyət göstərir. Qonaqların zehnində öz rahat ev ab-havası ilə yaddaqalan bir kiçik uşaq teatrı üçün, bu əhəmiyyətli müddətdir. Teatrın repertuarında həm xalq nağılları, həm də uşaq ədəbiyyatı klassiklərinin ən körpə, lakin, artıq çox tələbkar olan tamaşaçılar üçün nəzərdə tutulan əsərləri yer alır. Ənənəvi tamaşalardan savayı, “Brodyaçaya sobaçka” interaktiv dərslər də keçirir. Bu dərslərdə peşəkar artistlər uşaqlara əl altında olan vasitələrdən kuklaların hazırlanmasının əsaslarını öyrədirlər. Teatr indiyə qədər Latviya, İspaniya, Danimarka, İsveçrə, Türkiyə, Koreya və başqa ölkələrdə çıxış edib.

 

Kaştanka                            

 “Kaştanka” kukla tamaşasının premyerası A.P. Çexovun 150 illiyinə həsr olunub. Klassik Çexov hekayəsinin adaptasiyasında “taksa ilə küçə itinin qarışığı olan, sifətdən tülküyə oxşayan gənc kürən it” dülgər Luka Aleksandroviçin emalatxanasında sevincli və qayğısız ömrünü yaşayır, taxta yonqarlarda yatır və rəngli yuxular görür. Bir gün gəzinti zamanı itən Kaştanka müəmmalı yad adam tərəfindən tapılır. Bu adam kloun Mister Jorj olur.  Beləliklə, Kaştanka sirkə düşür və burada digər heyvanlar - qaz, pişik və donuzla tanış olur... sonda isə yenidən öz əvvəlki sahibinə qovuşur.

 

Rejissor: Alfiya Abdulina

Janr: kukla tamaşası

Tarix: 07/11/2018, çərşənbə

Vaxt: 12:00 və 15:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Dil: rus

Müddət: 50 dəqiqə (antraktsız)

 

Yaş həddi: 5+

Yaş məhdudiyyəti / Dil

5+
Kaştanka Kaştanka