“AXE” Mühəndis Teatrı
Ölkə: Rusiya
Rejissor: “AXE” Mühəndis Teatrı
Müddəti: 1 saat
Janr: eksperimental dram
Yaş həddi: 16+
Dil: sözsüz
İlkin olaraq miniatür, fraqmentli epizod kimi görünənlərdən hekayə möcüzəvi şəkildə mürəkkəb bir tapmaca kimi yaradılıb. Tamamilə səssiz, sözsüz ifadələr insanın təxəyyülündə tənha kişi ilə tənha qadın arasında partladıcı münaqişə yaradır. Onlar yer üzündə sevgi axtararkən rollarını dəyişir və janrdan janra keçirlər, maskaları dəyişirlər. Lakin yekunda xoşbəxt sonluq gəlib çıxmır, buna baxmayaraq maraqlı səyahət müəyyən rahatlıq gətirir.