“İskusstvo dlya lyudey” Prodüser Mərkəzi (Rusiya)
“İskusstvo dlya lyudey” (“İnsanlar üçün incəsənət”) Prodüser Mərkəzi Rusiyanın aparıcı meydançalarında fərdi və birgə teatr tamaşaları təşkil edir. Mərkəzin birgə layihələrində “Yay arıları bizi hətta noyabrda da sancır” (rejissor Aleksandr Barqman, G.Tovstonoqov adına BDT ilə) və “Günəş xətti” (rejissor Viktor Rıjakov, V. Meyerxold adına Mərkəz ilə) tamaşalarını, sərbəst tamaşalar arasında isə Voytsex Urbanskinin “İllüziyalar” tamaşasını və rejissor Yeqor Drujinin quruluşunda “Uçan gəmi” müziklini qeyd etmək olar.
Uçan gəmi
Bu ailə müziklinin əsasında 1979-cu ildə çəkilmiş eyni adlı cizgi filmi dayanır. Müəlliflərin süjetə əlavələr etməsi, möhtəşəm aranjiman yaratması, inanılmaz dekorasiyalar və kostyumlar hazırlaması sayəsində son dərəcə gözəl bir hekayə alınıb və sevimli personajlara qurbağalar, su pəriləri, şahzadələr, keşikçilər və Piroq-Adam əlavə edilib. Küpəgirən qarılar rok-n-roll, Suadamı isə fransız cazı ifa edir. Uşaqlar və böyüklər üçün hazırlanmış bu musiqili və çox gülməli nağılın rejissoru Yeqor Drujinindir. Bir vaxtlar o, “Petrov və Vaseçkinin macəraları” filmindən (1983) Vaseçkin rolu ilə məşhurluq qazanıb. İndi isə onu haqlı olaraq, Rusiyanın ən yaxşı xoreoqraflarından və müzikl mütəxəssislərindən biri adlandırırlar.
“Uçan gəmi” musiqili tamaşası sevgi və arzulara həsr olunmuş parlaq şoudur. Burada zəngin yumor, möhtəşəm rəqs nömrələri və hamıya tanış olan mahnılar var. Məşhur hitlərdən savayı, tamaşada Maksim Dunayevski və Yuri Entinin yeni kompozisiyaları da səslənir.
Rejissor: Yeqor Drujinin
Janr: müzikl
Tarix: 08/11/2018, cümə axşamı
Vaxt: 18:00
Məkan: Azərbaycan Dövlət Rus Dram Teatrı
Dil: rus
Müddət: 105 dəqiqə (15 dəqiqəlik antraktla)
Yaş həddi: 6+