Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Nə ilə məşğul olacağıq?
Şəhər küçələrinə çıxaraq rəsm çəkəcəyik. Bakının memarlığını, yaz işığını və maraqlı şəhər detallarını müşahidə edəcəyik. Müxtəlif bədii texnikaları sınaqdan keçirəcəyik — markerlər, boyalar, qələmlər və kollaj. Perspektiv, rəng uyğunluğu və kompozisiya haqqında danışacağıq.
Kimlər üçündür?
14 yaşdan yuxarı yeniyetmələr və böyüklər üçün. Rəsm təcrübəsi vacib deyil.
Niyə maraqlı və fərqlidir?
Evinizi bəzəyəcək və yaxınlarınız üçün gözəl hədiyyə olacaq rəsmlər seriyası yaradacaqsınız.
Bakını yeni rakurslardan kəşf edəcək, gündəlik həyatda diqqətdən qaçan detalları görəcəksiniz.
Sevdiyiniz yeniyetmə ilə birlikdə yaradıcı bir həftəsonu keçirə və ya həmfikirlərlə tanış ola bilərsiniz.
Daha cəsarətli olacaq və rəsm üçün demək olar ki, hər məkanın uyğun olduğunu anlayacaqsınız.
Nə vaxt və neçə manat?
Master-klasslar şənbə günləri saat 12:00–15:00 aralığında keçirilir. Öz sevdiyiniz rəsm alətlərini və qalın kağızlı albomu gətirməyiniz xahiş olunur. Hava şəraitinə uyğun geyinin.
Toplanış və bitiş nöqtəsi: Teatr O2.

30 ₼-dan
15 ₼-dan
15 ₼-dan
10 ₼-dan
15 ₼-dan
18 ₼-dan