Ebru master klass

Tədbir haqqında

Ebru sənəti… Su üzərində rənglərin ahəngi, yoxsa yaşadığın hisslərin, emosiyaların harmoniyası, bir-birinə qarışması? Bəlkə də sənin daxili aləmin, fantaziyalarla dolu dünyan?Bu sehrli sənət sənin üçün hansı mənanı kəsb etsə də, onun incəliklərinə baş vurduğun andan özünü möcüzəli aləmdə hiss edəcəksən 
Su üzərində rəsm çəkmək sənəti olan ebru ilə məşğul olmaq üçün xüsusi rəssamlıq bacarığının olmasına ehtiyac yoxdur. Ebru rəssamı Aydan xanımın aparıcılığı ilə master- klasda bunu özün də kəşf edə biləcəkən 

Yaş məhdudiyyəti / Dil

6+
Ebru master klass Ebru master klass