FOTOSƏRGİ "Spektrum"

FOTOSƏRGİ "Spektrum"

Tədbir haqqında

   Cari ilin  19 fevral tarixindən 1 marta qədər  Bakı Fotoqrafiya Evində gənc fotoqraf  Xaliq Vəliyevin “SPEKTRUM” adlı fərdi foto-sərgisi nümayiş olunacaqdır.

  Xaliq Vəliyev –1993-cü ildə Şəmkir şəhərində anadan olmuşdur. Hal-hazırda Şəmkir  Regional Mədəniyyət idarəsində fotoqraf kimi , Azərbaycan Skautlar Assosiasiyasında isə könüllü fotoqraf kimi çalışır. Çəkdiyi fotolar  daha çox sənədli fotoqrafiya üslubundadır eyni zamanda təbiət, portret, astrofotoqrafiya, tarix və.s janrlarında da fotolar çəkir. “Baku photo” və “Azərbaycanım ” adlı fotomüsabiqəsinin finalçılarından olmuş və Bir çox digər müsabiqələrdə iştirak etmiş, 2019- cu ildə Bakıda  UNESKO- nun 43-cü sessiyasında keçirilən ''İpək yolu gənclərin gözü ilə''  adlı  beynəlxalq fotosərgidə yayımlanan ''Gənc musiqiçi'' adlı portretlə  Azərbaycanı təmsil etmişdir.

Yaş məhdudiyyəti / Dil

FOTOSƏRGİ "Spektrum" FOTOSƏRGİ "Spektrum"