“Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.

Məkan: Azərbaycan Milli Xalça Muzeyi. Bakı ş., M.Useynov pr. 28

Telefon: (+994) 12 497 20 16

Tarixlər: 6  – 8 fevral 2026

İş qrafiki:

Muzey kassasının iş vaxtı

Çərşənbə axşamı – Cümə: 10:00-18:00

Şənbə – Bazar: 11:00-19:00

 Ekspozisiyanın iş vaxtı

Çərşənbə axşamı – Cümə: 10:00-19:00

Şənbə – Bazar: 11:00-20:00

 Qiymət: Azərbaycan vətəndaşları – 7 AZN

Xarici vətəndaşlar – 10 AZN

Məktəbli və tələbələr – 3 AZN

 Yaş məhdudiyyəti: 0+

Dil: Azərbaycan, ingilis, rus

 Tədbir haqqında:

“Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisində müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə Məscidinə ianə edilmiş milli irs nümunələri təqdim olunur. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, Qurani-Kərimin nüsxələri, eləcə də nadir əlyazma kitablar nümayiş etdirilir. Əksəriyyətinin yaşı bir əsrdən çox olan bu eksponatlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Sərgidə təqdim olunan tarixi-mədəni irs nümunələri yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycanda mövcud olmuş xeyriyyəçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Onların məscidlərdə qorunması isə milli dəyərlərə yüksək diqqətin, eləcə də humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir.



 

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
“Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” adlı sərgi

Məkan yeri