Azərbaycan İstiqlal Muzeyi

Tədbir haqqında

COVİD19 pasportu və immun sertifikatı olmayan ziyarətçilər muzeya buraxılmır!

Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildə yaradılıb. Muzeyin yaranmasında əsas məqsəd ən
qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni – tarixi
həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq
əks etdirməkdir.

Muzeyin zallarında Azərbaycan Respublikasının Dövlət atributlarına,
xanlıqlar dövrünə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda
baş vermiş hadisələrə, Azərbaycanın repressiya və II Dünya Müharibəsi illərindəki
tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və Respublikamızın Müstəqillik
dövrünə həsr olunmuş eksponatlar nümayiş olunur.

 

 

Yaş məhdudiyyəti / Dil

0+ / Azərbaycanca
Azərbaycan İstiqlal Muzeyi Azərbaycan İstiqlal Muzeyi

Məkan yeri
Bakı şəhəri, Neftçilər pr., 49 (123a)