“Mənzərələr və Portretlər”
6+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
10:00 - 18:30

Tədbir haqqında

COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

İsveç Krallığı ilə Azərbaycan respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş mədəniyyət layihələri çərçivəsində İçərişəhərdə Bakı Fotoqrafiya Evində 28 aprel 2022-ci il tarixində isveçli fotoqraf Elizabet Tollun “Mənzərələr və Portretlər” adlı fotoqrafiya sərgisi keçiriləcəkdir.
    
Sərgi İsveç Krallığının Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, həmçinin İsveçin “Oriflame” şirkətinin birgə əməkdaşlığı ilə baş tutacaqdır.
    
Sərginin müəllifi Elizabet Toll özünün uğurlu karyerası ərzində əsas diqqətini moda, portret və mənzərə janrlarına yönəltmişdir. İşləri Fransa, Almaniya, ABŞ və İsveçrədə sərgilənmiş fotoqrasın müştəriləri arasında “Louis Vuitton”, “Bonmarché”, “Omega”, “Sisley”, “H&M”, “Elle” (fransız və isveç nəşrləri), “Vogue” (fransız, alman və rus nəşrləri), “L'Uomo Vogue”, “Harper's Bazaar UK”, “Bon”, “Stiletto”, “Man about Town” və başqaları vardır. 
      
28 aprel - 29 may 2022-ci il tarixlərinədək davam edəcək “Mənzərələr və Portretlər” fotoqrafiya sərgisi hər kəs üçün açıqdır. 

“Mənzərələr və Portretlər” “Mənzərələr və Portretlər”

Məkan yeri
İçərişəhər, Böyük Qala küçəsi 42