BBQFEST - Şamaxıda ilk dəfə Beynəlxalq Barbekü Festivalı

Tədbir haqqında

Şamaxı Rayon İcra Hakimiyyətinin və Beynəlxalq kulinariya hakimi, Barbekü Assosiasiyasının Prezidenti Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə 4–5 oktyabr tarixlərində, Şamaxı şəhərinin Meysəri kəndində Azərbaycanda ilk dəfə Beynəlxalq Barbekü Festivalı keçiriləcək.

Festival dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazların — bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentlərinin, Mişlen ulduzlarına layiq görülmüş ustaların, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazının, Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti Tomas Quqlerin, eləcə də Dünya Barbekü Assosiasiyasının (WBQA) Prezidenti Wim Vink-in iştirakı ilə möhtəşəm barbekü nümayişlərini təqdim edəcək.

Bu beynəlxalq tədbirin əsas məqsədi Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq, həmçinin mədəni mübadiləni gücləndirməkdir.

Xüsusi olaraq ayrılmış zonalarda — Şimali və Latın Amerikası, Avropa, Afrika, Asiya və Azərbaycanı təmsil edən sahələrdə peşəkar şeflər müxtəlif ləzzətləri və bişirmə üsullarını nümayiş etdirəcək, kulinariya məharətlərini bölüşəcəklər. Tədbirin ən parlaq hissələrindən biri isə jurnalist və bloqqerlər arasında keçiriləcək “Mediakubok” 2025 yarışı olacaq. Komandalar qiymətli hədiyyələr, sertifikatlar, medallar və tərəfdaşlarımız tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparacaqlar. İlk üç yerin qalibləri isə 2026-cı ildə keçiriləcək “

Avtobus bileti almış iştirakçılar üçün nəqliyyat Heydər Əliyev Mərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 10:00-dan - 12:00-dək yola düşəcək.

Şamaxıdan Bakıya geri reyslər:

 • 4 oktyabr— saat 18:00-dan - 20:00-dək.

 • 5 oktyabr— saat 18:00-dan - 20:00-dək.

Yaş məhdudiyyəti / Dil

6+
BBQFEST - Şamaxıda ilk dəfə Beynəlxalq Barbekü Festivalı BBQFEST - Şamaxıda ilk dəfə Beynəlxalq Barbekü Festivalı