“BİZİMKİLƏR” FESTİVALI

Tədbir haqqında

Unikal konsept ətrafında toplaşan 250-dən çox yerli brendin iştirak etdiyi 3 günlük festivala baş vurun. Bizə qoşularaq ölkəmizdəki möhtəşəm və unikal sənətkarları tanıyın və kiçik biznesləri dəstəkləyin. Bu sadəcə alış-veriş deyil, bu lokal yaradıcılığın qeyd olunma günüdür! Yerli musiqiçilərin performanslarından zövq alın, rəsm sərgilərini ziyarət edin, masterklaslara qatılın və sonsuz əyləncədən zövq alın.

Hər festival günü fərqli brend kateqoriyalarına həsr olunur: incəsənət və əl işləri, moda və ev dekoruna qədər.

Təqviminizdə qeyd edin! Festival 6-dan 8 oktyabr tarixinə qədər Passage 1901 zalında keçiriləcək.

Simvolik satışa yerləşdirilmiş giriş biletlərindən əldə olunan gəlir Qarabağda həlak olmuş şəhidlərin ailələrinə ianə olunacaq.

Cədvəl:

6 oktyabr: 16:00 - 22:00

7 və 8 oktyabr: 11:00 - 20:00

Məkan: Passage 1901

Yaş məhdudiyyəti: 6+

Yaş məhdudiyyəti / Dil

6+
“BİZİMKİLƏR” FESTİVALI “BİZİMKİLƏR” FESTİVALI