Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (14+)
28-30 noyabr 2023-cü il
Noyabrın 28-30-da Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) keçiriləcək. Sərgi yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması və kreativ məhsulların satışı məqsədilə keçirilir. Ziyarətçilər sərgidə musiqi, cultech, moda, dizayn, kino, o cümlədən animasiya, oyun sənayesi kimi yaradıcı klasterlər, yaradıcı məkan və təhsil layihələri barədə məlumat əldə edəcəklər. Sərgidə iştirak ödənişsizdir.
