Formula Drift

Tədbir haqqında

Formula Drift Azərbaycan!

FDA Azərbaycan Avtomobil Federasiyasının rəsmi təsdiqi ilə keçirilən drift yarışıdır. Yarışda ölkəmizin təcrübəli pilotları iştirak edəcək, münsiflər isə xarici ölkələrdən dəvət olunacaq. Bu yarış ildə 4 dəfə keçiriləcək və rəsmi olaraq drift üzrə Azərbaycan çempionu təyin ediləcək!

Yarışın ilk günü məşq və qualifikasiya turu keçiriləcək. İkinci gün isə tandem məşqləri və yarışma baş tutacaq. 

Yarışla yanaşı bu tədbirdə yeni və klassik avtomobillərin sərgisi, övladlarınızla vaxt keçirə biləcəyiniz əyləncə guşələri və Nargis Fondunun təşkilati dəstəyi ilə xüsusi yemək və əyləncə zonaları olacaq. 

Tədbirin son günü saat 17:00-19:00 arasında məşhur pop ulduzlarının iştirakı ilə möhtəşəm konsertlər keçiriləcək!

 

Yaş məhdudiyyəti / Dil

4+
Formula Drift Formula Drift