Game Summit 2024

Tədbir haqqında

Gamesummit 2024: Bakıda video oyunlar, kospley və K-pop rəqsləri festivalı keçiriləcək! 
Dekabrın 8-də Bakı İdman Sarayında bu qışın ən maraqlı hadisələrindən biri - Gamesummit 2024 baş tutacaq. Sizi unudulmaz təcrübə gözləyir — video oyunları, anime, kospley, K-pop və digər maraqlı əyləncələr.
İdman Sarayı əsl “geek” mədəniyyət mərkəzinə çevriləcək. Canlı ifalardan həzz alın, ləzzətli yeməklərdən dadın, turnirlərdə özünüzü sınayın və həmfikir insanlarla tanış olun!
Gamesummit adlı bu inanılmaz səyahətə siz də qoşulun qoşulun!

Yüzlərlə video oyun - pulsuz
Kiberidman turnirləri
Kospley çıxışları
K-pop rəqsləri
Pulsuz fotosessiya
Anime/K-pop yarmarkası
Retro oyunlar
Masaüstü oyunlar
Böyük mükafat fondu
Sponsor hədiyyələri

🎟 Biletlər

Standart bilet - 20 manat
(tədbirə standart giriş, turnirlərdə və şoularda iştirak)

Oturacaq bileti - 25 manat
(tədbirə standart giriş, turnirlərdə və şoularda iştirak + tribunalara giriş)

VIP bilet - 100 manat
(Tədbirə VIP giriş, turnirlərdə və şoularda iştirak, tribunalara giriş, Gamesummit-dən hədiyyə)

Skybox - 450 manat
(Tədbirə VIP giriş, turnirlərdə və şoularda iştirak, tribunalara giriş, Gamesummit-dən hədiyyə, Skybox)

 Tədbirin proqramı

10:00 - Qapıların açılışı
11:00 - Valorant grand-final şousu
13:00 - Rəsmi açılış / Şou
13:30 - CS2 grand final şousu
15:00 - Kospley şousu 1
16:00 - Oyun treyleri
16:30 - MK grand final şousu
17:00 - Kospley şousu 2
18:00 - K-pop şousu
19:00 - FIFA grand final şousu
19:30 - Mükafatlandırma mərasimi
20:30 – After party
23:00 - Bağlanış mərasimi

6 yaşdan kiçik uşaqlar üçün giriş sərbəstdir.

11 yaşından kiçik uşaqlar tədbirə yalnız böyüklərin müşayiəti ilə daxil ola bilərlər.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Game Summit 2024 Game Summit 2024

Məkan yeri