Game Summit Summer 2024

Tədbir haqqında

1 may tarixinə qədər endirimli biletlərdən əldə etməyə tələsin!

1 iyun

9:00 - 14:00 Konfrans

14:00 - 23:00 Tədbir

23:00 - 01:00 After party

2 iyun

11:00 - 21:00 Tədbir

Standart bilet - Bütün şoulara, kiberidman turnirlərinə, yarışlara, yemək festivalına giriş.

VIP bilet - Konfranslara, şoulara, kiberidman turnirlərinə, müsabiqələrə, yemək festivalına giriş.

Legendary bilet - Konfransa, şouya, kiberidman turnirlərinə, yarışlara, yemək festivalına, After Party-yə giriş, VIP lounge, pulsuz merç, ulduzla görüş.

Ultimate - Konfransa, şouya, kiberidman turnirlərinə, yarışlara, yemək festivalına, After Party-yə giriş, VIP lounge, pulsuz merç, ulduzla görüş, Sky-box, sirli qutu, fəxri lövhədə ləqəb və avatar.

Crystal Hall-da keçiriləcək GameSummit Summer 2024-də oyun, kospley, musiqi, yemək və əyləncə dolu dünyaya səyahət edin! 

2 gün ərzində Crystal Hall fantastik sərgüzəştlərin mərkəzinə çevriləcək. Burada oyun, kiberidman, kospley, K-pop rəqsləri, musiqi, ləzzətli yeməklər və digər əyləncələr bir araya gələcək! 

🎮Oyun arenası və mağaza:

Klassik oyunlardan tutmuş ən son yeniliklərə qədər özünüzü virtual reallıq dünyasına qərq etmək, maraqlı indie oyunlarını araşdırmaq və kiberidman turnirlərində şansınızı sınaya biləcəksiniz! Bundan əlavə, siz oyunları və aksesuarları ala biləcəksiniz.  

📖 Biznes və təhsil:

Oyun, kiberidman və investisiya sahəsində Amerika, Avropa və Asiyadan olan xarici və aparıcı yerli ekspertlərin iştirakı ilə təhsil konfransı. 

💫 Möhtəşəm kospley şousu:

Sizə unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək fantastik şousumuzda işıq və rəngin sehrini hiss edin!  

🎤 Konsert və K-pop rəqsləri:

Enerjili ritmlərdən tutmuş gurultulu rəqslərə qədər beynəlxalq və yerli sənətçilərlə inanılmaz səsli səyahətə, eləcə də K-pop rəqqaslarının maraqlı çıxışlarına hazırlaşın! 

🎁 Mükafatlar və hədiyyələr:

Eksklüziv hədiyyələr qazanmaq üçün müxtəlif müsabiqələrdə və lotereyalarda iştirak edin! Ümumi mükafat fondu 50.000 manat olacaq! 

Xüsusi dəvət olunmuş beynəlxalq qonaqlar isə sizin üçün sürpriz olacaq!  

6 yaşdan kiçik uşaqlar üçün giriş sərbəstdir. 

11 yaşından kiçik uşaqlar tədbirə yalnız böyüklərin müşayiəti ilə daxil ola bilərlər.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Game Summit Summer 2024 Game Summit Summer 2024

Məkan yeri
Azərbaycan Dövlət Bayrağı Meydanı, Bakı, Azərbaycan