Muzey Gecəsi!

Tədbir haqqında

YARAT Müasir İncəsənət Məkanı 19 may tarixində keçiriləcək Muzey Gecəsi iştirakçılarını immersiv və düşündürücü səyahətə dəvət edir. 

İlhamını Karl Qustav Yunqun məşhur arxetiplər nəzəriyyəsindən alan tədbir, “kölgə” anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.

Bütün tədbirlərə giriş ödənişsizdir. 

Qeydiyyat iTicket vasitəsi ilə aparılır.

• Bir şəxsiyyəti vəsiqəsi ilə yalnız bir bilet əldə oluna bilər.
• Xahiş edirik, şəxsiyyət vəsiqənizi özünüzlə götürməyi unutmayın.
• Biletin etibarlığı tədbirin başlamasından 15 dəqiqə sonra quvvədən düşür və iştirakçılar canlı növbə ilə tədbirə buraxılır.
• Tədbir məkanına 30 dəqiqə əvvəlcədən gəlməyiniz xahiş olunur.
• Biletin çap olunmuş və ya elektron versiyası festivalda iştirak müddətində üzərinizdə saxlanılmalıdır.
• Tamaşa zamanı mobil telefonlar söndürülməli və ya səssiz rejiminə keçirilməlidir.

Yaş məhdudiyyəti / Dil

18+
Muzey Gecəsi! Muzey Gecəsi!