Oxumaq Qazandırır!

Tədbir haqqında

Müəllif hüquqları Oenva MMC-yə məxsus olan, elmi-fantastik və psixoloji-dram janrlarında yazılmış "Avqust" romanı təxmini olaraq 150 səhifə və 5 bölümdən ibarətdir (hər bölüm təxminən 30 səhifədən ibarətdir).

Roman www.oenva.az saytında e-book formatında bölüm-bölüm yayımlanacaqdır. İştirakçılar yarışma başladıqdan sonra romanın birinci bölümünü oxumağa başlayacaqlar və sonrakı bölümlər cari bölüm üçün ayrılan vaxt bitdikdən sonra iştirakçılara təqdim ediləcək. İştirakçılar ilk bölümü oxuyur, həmin bölümün sonunda romanın baş qəhramanı olan Avqustun başına gəlmiş hadisənin içərisində məntiq tapmacasının cavabını tapır və daha sonra www.oenva.az saytında müvafiq bölmədə doğru hesab etdiyi cavabı yazırlar.

Cavab doğru olduğu təqdirdə növbəti mərhələyə keçid haqqı qazanırlar. Düzgün cavabı tapmaq üçün  4-cü bölümə qədər hər bölüm üçün 3 gün müddətində (72 saat) vaxt verilir. Bütün iştirakçlar üçün yarış eyni zamanda başlayacaq və başlama vaxtı əvvəlcədən www.oenva.az saytında elan ediləcəkdir. İştirakçılar yarış başladıqdan sonra bölüm üçün verilən 72 saat ərzində təxminən 30 səhifəlik bölümü oxumalı və doğru cavabı tapmalıdırlar.

Bu qayda ilə iştirakçılar 5-ci bölümə qədər yarışacaqlar. 5-ci bölümdə isə tapmacanın cavabını ilk düzgün tapan 5 iştirakçı aşağıdakı qaydada mükafat əldə edəcəkdir.

"Oxumaq Qazandırır" Yarışının Mükafatları:

- 1-ci yer: 12,000 manat

- 2-ci yer: 6,000 manat

- 3-cü yer: 5,000 manat

- 4-cü yer: 2,000 manat

- 5-ci yer: 1,000 manat

Qaliblərə mükafatları Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev təqdim edəcək. Əlavə olaraq, 5-ci bölümü ilk bitirən 1000 yerin sahibi mükafatlandırma tədbirində iştirak etmək imkanı qazanacaqlar. Konsert Park Bulvarın 4-cü mərtəbəsində yerləşən Hayal Kahvesində baş tutacaq. Konsertdə Faiq Ağayevlə yanaşı bir çox tanınmış müğənnilər də öz unudulmaz musiqiləri ilə sizə əvəzolunmaz əhval-ruhiyyə bəxş edəcəkdir. Bu unikal təcrübəni qaçırmayın!

İştirakçılar 14 oktyabr saat 23.59 qədər iticketdən biletini əldə etməli, 15 oktyabr 2024-cü il saat 23.59 qədər oenva.az saytında qeydiyyatdan keçməli və biletin üzərindəki barkodun rəqəmlərini saytdaki müvafiq xanaya daxil edərək təsdiq etməlidirlər. Əks halda yarışa qoşula bilməyəcklər.

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Oxumaq Qazandırır! Oxumaq Qazandırır!

Məkan yeri
www.oenva.az