Sadhquru, "Torpağı Qoruyaq"

Tədbir haqqında

“Torpağı qoruyaq” (“Save Soil”) missiyası ilə motosikletlə 100 günlük səyahətə çıxan məşhur yoqin Sadhquru (Caqqi Vasudev) aprelin 29-da Azərbaycanda olacaq və həmin gün Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Bu, Sadhqurunun Heydər Əliyev Mərkəzində ikinci çıxışıdır. İlk dəfə o, Azərbaycanda 2018-ci ilin noyabrında olub.

Torpağın qorunması hazırda dünyanın gündəmində olan mövzudur. Bu sahədə qlobal səylər sadə vətəndaşdan siyasətçilərə, işgüzar dairələrədək hamının dəstəyini alıb. Sadhquru da planeti yoxolmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini-ümumilikdə 30 min km məsafəni qətedəcək, yol boyu ətraf mühit müdafiəçiləri ilə görüşəcək.

Yoqin artıq Birminhem, London, Amsterdam, Berlin, Praqa, Vyana, Lyublyana, Roma, Cenevrə, Paris vəBrüsseldəolub.

Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür. Mühazirə ingilis dilində baş tutacaq, sinxron tərcümə azərbaycan və rus dilində olacaqdır.

Xatırladaqki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, tədbirdə iştirak üçün COVID-19 sertifikatı zəruridir.

Yaş məhdudiyyəti / Dil

10+
Sadhquru, "Torpağı Qoruyaq" Sadhquru, "Torpağı Qoruyaq"