Sizə möhtəşəm xəbərlə gəlmişik. Azərbaycanda ilk dəfə keçiriləcək yoqa karnavalı Söz Sizindir izləyiciləri üçün!
İnsanın təcrübələri nəticəsində yaranan maneələri kəşf etməyə imkan verən ən güclü üsul.
Fiziki faydaları ilə yanaşı, insanın mental sağlamlığı üçün ən əla vasitə.
Karnaval boyunca siz tərs duruşları səylə yerinə yetirməyə imkan verəcək texnikaları öyrənəcəksiniz, eyni zamanda Yoqa Sutralarının işığı ilə zehnin modifikasiyalarını kəşf edəcəksiniz.
Yoqa təlimçiniz hər kəs tərəfindən sevilən Çetin Çetintaşdır
Çetin bəy Çin, Tibet, Hindistan, Birma və Taylanddakı müxtəlif monastırlarda uzun illər ardıcıl olaraq yoqa və meditasiya üzrə müxtəlif təlimlər keçib. O, tez-tez bütün dünyada yoqa və meditasiya üzrə müəllim təlimləri və seminarlar keçirir.
Çetin Çetintaş deyir: “İnsan özündən başqa hər şeyi müşahidə edir. Mən isə sənin qarşında duran, sənin özünü sənə əks etdirən təvazökar bir güzgüyəm”.
Karnaval 14-15-16 Aprel tarixlərində Baku Marriott Hotel Boulevard-da keçiriləcək.
3 günlük keçiriləcək olan Yoqa Karnavalında sizləri: gündə iki dəfə(səhər və axşam saatlarında) Çetin bəylə yoqa dərsləri, ara saatlarda sürpriz isimlərlə meditasiya və yoqa fəaliyyətləri, Sattvic şam yeməyi, sağlam qəlyanaltılar, coffee break və səmimi bir mühit gözləyir. Tədbirin sonuncu günü sufi musiqiləri ilə Çingiz Mustafayev olacaq.