Biletlərin yoxlanışı üçün yayımdan 15-30 dəqiqə əvvəl gəlmək zəruridir.
BTS PERMISSION TO DANCE: ON STAGE - SEOUL
Ölkə: Cənubi Koreya
İl: 2022
Müddət: 195 dəqiqə
Dillər: Koreya, ingilis
Janrlar: konsert filmi
Yaş həddi: 12+
Rejissorlar: HYBE & BIGHIT MUSIC
Rollarda: RM, Jin, SUGA, j-hope, Jimin, V, Jung Kook
BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL – BTS və ARMY canlı şəkildə rəqs edəcək unikal bir şoudur.
Birbaşa Seuldan dünyanın kinoteatrlarına yayımlanacaq unudulmaz canlı konsertdə BTS və ARMY-ni bir daha birləşdirən musiqi və rəqsə qoşulun!
BTS PERMISSION TO DANCE ON STAGE 21-ci əsrin pop ikonu BTS-qrupun inanılmaz karyerasının ən güclü ifaları və ən yaxşı hitlərini özündə əks etdirən dünya turunun ən yeni seriyasıdır. Los-Ancelesdəki şounu 2021-ci ilin ən uğurlu konsertlərindən biri edən dörd konsert zamanı təxminən 813.000 adam izləmişdir.
BTS PERMISSION TO DANCE ON STAGE – SEOUL canlı yayımını qaçırmayın, Cin, Şuga, Cey-Hop, Cimin, V və Ceon Cungkook sizinlə yalnız 12 Mart şənbə günü böyük ekranda görüşəcəklər. Rəqs etmək üçün icazəyə ehtiyacımız yoxdur
