RijaFilms- latviyalı animasiya studiyası
Şirkətin fəaliyyəti – istehsal, yayım və animasiya, sənədli və bədii filmlərin xidmətləridir. Şirkət 40dan artıq birgə beynəlxalq layihələrdə iştirak edib. O cümlədən Les Amaterus, Paramount, Sony, Dreamworks, A-Film kimi şirkətlərlə
Lotta və itmiş əjdahalar
Estoniya və Latviya birgə istehsalı animasiya filmi, 2019, YannoPoldman və Heyki Ernits( eyni zamanda baş animator) Joonis Films və Rija Films birgə istehsalı.
Klassik animasiya, 72 dəqiqə, 2019, Estoniya\Latviya. Uşaqlar üçün, dialoqlar.
Yenot KarlBudağViktor – Qadcetvildəki, kim daha çox xalq mahnısı toplayacaq yerli müsabiqəsində iştirak üçün gəlmiş iki alimdir. Onlar əfsanəvi od püskürən əjdahanın mahnısını yazmaq arzusundadılar. Lotta və onun kiçik bacısı bunu biləndən alimlərə kömək etmək qərarına gəlirlər.
Sizi Atom ART qıssa metrajlı filmlər toplusuna baxmağa dəvət edirik:
Atom ART – 2001ci ildə Riqa, Latviyada yerləşən, çoxlu mükafatlar almış 2D animasiya studiyasıdır. İllər boyu 4-5 nəfərlik studiyadan 30 işçisi olan böyük bir şirkətə çevrilib. Amma əsas komada dəyişilməz qalıb. Atom ART öz müəllif qıssa metrajlı filmləri və uşaqlar üçün animasiya filmləri ilə məşhurdur.
Hörüklər və Mister Yuxusuzluq.
Rəqəmsal daxil olunmalar, 2D, kompüter animasiyası, 25 dəqiqə, 2017, Latviya, uşaqlar üçün, dialoqlar latış və ingilis dilləri.
Valideynlərin diqqətini qazanmaq üçün, Hörüklər ləqəbli 6 yaşında qız və onun xülya dostu, cənab Yuxusuzluq nənəni və kiçik qardaşını aya yollamaq üçün məkrli plan icad edirlər
Ursus
Reynis Peterson, kömür, 10 dəqiqə, 2011, Latviya, universal, dialoqsuz.
Ətalətli həyatı tərk edib, öz həqiqi xoşbəxtliyi axtarışına meşəyə getmiş, motosiklet sürən sirk ayısı barəsində kağız üzərində kömürlə çəkilmiş animasiya filmi.
Xor turu
EdmundusYansons, 2D kompüter animasiyası, 5 dəqiqə, 20212, Latviya, universal, dialoqsuz.
Seulda məşhur xorla birlikdə səfər edən oğlanlar dirijordan qaçıb oteli darmadağın edərək əsl azadlıq yaşayırlar.
Beynəlxalq atalar günü
Klassik animasiya, 5 dəqiqə, Latviya, Estoniya, 2012
Bu tələbə filmi latviyalı rejissor Edmund Yanson tərəfindən Estoniya İncəsənət Akademiyasında çəkilib. Ata-bala, istr insan və ya heyvan olsun, münasibətlərindən bəhs edən film yüksək zövqdə və estetik cəhətdən çox parlaq çəkilib. Film yaşadığı ağacın altında parad zamanı quş və onun uşaqları arasında olan münasibətdəndir.
Suiti adası
Ssenari müəllifi və animator Edmunds Yanson, 2D, kompüter animasiyası, 6 dəqiqə, 2014, Latviya, dialoqsuz.
Boz dənizin ortasına boz bir ada var. Bu boz adada boz ovçular yaşayır. Onların həyatı sadə və sərtdir. Suitilər və ovçular birgə amansız tarazlıqda yaşayırlar. Bu gündəlik həyatı çəkmək məqsədilə fotoqraf adaya gəlir. Onun üçün bu ölümcül çətin olur.
