Vladimir Leşovdan Rəqəmsal Animasiya üzrə Master-klass

Tədbir haqqında

Kiçik bir ölkə olmasına baxmayaraq, Latviya animasiya dünyasında öz üslubu və müəllifləri ilə seçilir. 

Bu il Latviya Respublikasının Bakıdakı Səfirliyi Park Cinema ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Kiçik Millət-Böyük Animasiya” festivalını təşkil edəcək. Bütün filmlər 15 noyabrdan 21 noyabr 2021-ci ilə qədər “Park Cinema Flame Towers” kinoteatrında nümayiş etdiriləcək.

Masterklassdan sonra sizi Vladimir Leşovun animasiyalarına baxmaq dəvət edirik.

Elektrik günü

Klassik animasiya, 8 dəqiqə, 2018, böyüklər üçün, dialoqsuz.

Ruhi xəstələr üçün xəstəxanada təmir vaxtı bədbəxt hadisə baş verir. Nəticədə elektrik huşunu itirir və divarın o tayına düşür.

Yeni ili gözləyərək

Klassik animasiya, 9 dəqiqə, 2016, böyüklər üçün, dialoqsuz.

Yeni ilin birinci günü tanımadığı bir insana tənha xadimə qadın tərəfindən yazılmış məktub. Bu il fəsillər müşahidəsində və Yeni İlin möcüzəsinin gözlənməsi ilə keçdi.

Yağışlı günlər

Klassik animasiya, 9 dəqiqə, 2014, böyüklər üçün, dialoqsuz.

Yaşlı yaponiyalı qəribə adaya yollanır və orada öz xatirələrində itir.

Qanadlar və avarlar.

Klassik animasiya, 6 dəqiqə, 2009, böyüklər üçün, dialoqsuz.

Keçmiş pilot öz həyatına geri baxır: Yer, səma, qadın, hava zolağından ta atılmış su evinədək. Xatirələr, fərqli vaxtların yaddaşları qarışıb qeyri reallıq əhval yaradır. Keçmiş, gərçək və gələcək eyni zamanda mövcuddur.

Andropovın Villası

Vladimir Leşov və KasparsYansis, klassik animasiya, 13 dəqiqə, 2012, böyüklər üçün, dialoqsuz.

Xəyallar və onların itməsi barəsində istehzalı film. Estoniyadaki Pyarnu şəhərinə yaxın olan keçmiş SSRİ-in liderı Andropovın Villasında toy məclisində olaraq iki rejissoru ilhamlandırmış hekayə.

Qarlarda azmış

Klassik animasiya, 8 dəqiqə, 2007, böyüklər üçün, dialoqsuz.

Bir qış günü kişi buzaltı balıq ovuna yollanır. Amma o tək deyil. Və onun buz üzərində keçən günü adı balıq ovu deyil.

Yaş məhdudiyyəti / Dil

12+
Vladimir Leşovdan Rəqəmsal Animasiya üzrə Master-klass Vladimir Leşovdan Rəqəmsal Animasiya üzrə Master-klass