Azerbaijan Design Summit 2024

Tədbir haqqında

30 iyun tarixində EGP arenada dizaynerlərin möhtəşəm görüşü “Azərbaycan Dizayn Sammiti 2024” baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək sammit qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etmək öhdəliyi daşıyır.

Beynəlxalq səviyyədə tanınan sammit 50 ölkədən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edib. Tədbir iştirakçılara əvəzolunmaz fikirlər və ilham verməyi planlaşdırır. 14 fərqli kateqoriya üzrə ( Brendinq, İnteryer dizayn, Eksteryer, Veb dizayn, reklam dizaynı, logo dizaynı və s.) 230-dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri tədbir zamanı öz işlərini sərgiləyə biləcək. “Azərbaycan Dizayn Sammiti 2024” dizayn dünyasının ən parlaq zehinləri arasında əməkdaşlığı, öyrənməni və mədəni mübadilələri təşviq edən əlamətdar hadisə olacaq və dizaynın gələcəyini qlobal miqyasda formalaşdıracaq.

Peşəkar dizaynerlər - Vüsal Əzizov, İlkin Qurbanov və Elçin Əliyev öz təcrübə sahələrinə uyğun qiymətli məlumatları iştirakçılara təqdim edəcəklər.

Əyləncəli dizayn festivalında sevilən müğənni “Hiss” və “AynaBand” qrupu qonaqları möhtəşəm ifaları ilə sevindirəcək.

Tədbir sonunda başlayacaq “Afterparty” də  Dj Maya, Dj Panco, Dj Tim və Dj AYZK - ın yaratdığı əyləncəli, musiqli axşam iştirakçılar üçün unudulmaq olacaq!

 Bilet satış qiymətələri: 
İlkin səbət - 5 azn (15 gün)
İkinci səbət isə 10 azn (15 gün)

Yaş məhdudiyyəti / Dil

5+ / Azərbaycanca
Azerbaijan Design Summit 2024 Azerbaijan Design Summit 2024

Məkan yeri