Bakı TET Forum 2024

Tədbir haqqında

“Turan e-ticarət və e-ixracat Forum”

26 Noyabr tarixində ölkəmiz “Turan e-ticarət və e-ixracat Forumu” adlı böyük bir layihəyə ev sahibliyi edəcək.

Siminarın proqramı haqqında geniş məlumat burada.

Kateqoriya 1.  (250 AZN) -  biletə daxildir Forumda iştirak, coffee break, lunch, qala gecəsində iştirak.

Kateqoriya 2.  (150 AZN) - biletə daxildir Forumda iştirak, coffee break, lunch.

Kateqoriya 3.  (90 AZN) - biletə daxildir Forumda iştirak, coffee break.

Forum Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) və “Founder Club” Sahibkarlar klubunun təşkilatçılığı ilə baş tutacaq. Türkdilli ölkələr arasında ilk dəfə  keçiriləcək tədbir, bu ölkələr arasında mövcud idxal və ixrac imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.

 

Forum, elektron ticarət sektorunun qabaqcıl şirkətlərini və peşəkarlarını bir araya gətirərək, bazardakı inkişaf tendensiyaları, texnoloji yeniliklər və strateji yönləndirmələr barədə dərin müzakirələr aparmaq üçün mükəmməl bir fürsət yaradır. Bu ilki forumda iştirak edəcək qonaqlar arasında investorlar, orta və kiçik sahibkarlar, birlik rəhbərləri və iş adamları yer alacaq.

Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan,Pakistan, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya, Hindistan və Misir kimi ölkələrdən də investorların qatılması planlanır.

Forumda “S-Ticarət və ya E-ticarət”, “Azərbaycan Qlobal tədarük zənciri olmaq yolunda – Ələt Free Zone”, “E-ticarət Platformaları” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə ortalama 500-dən çox ziyarətçinin qatılımı planlanır.

Məkan: Marriot Boulevard Hotel

 

Yaş məhdudiyyəti / Dil

16+ / Multilingual
Bakı TET Forum 2024 Bakı TET Forum 2024

Məkan yeri
Xəqani Rüstəmov Küçəsi 4C, Bakı, Azərbaycan