DevFest 2023 Baku

Tədbir haqqında

Qeyd : Tədbirdə iştirak edəcək hər bir şəxs bilet alarkən ad, soyad və vəsiqə məlumatlarını qeyd etməlidir.

Texnologiya və innovasiya dünyasında həyəcanverici səyahətə hazır olun! GDG Baku texnologiya həvəskarlarını, proqramçıları  və sənaye mütəxəssislərini bir araya gətirən DevFest 2023-ü məmnuniyyətlə təqdim edir.300-dən çox iştirakçı, 16 müxtəlif spikerin iştirakı ilə 4 paralel sessiyada keçirilən DevFest 2023  Baku Azərbaycanın ən böyük developer tədbiridir. Bu ilki DevFest qabaqcıl texnologiya, dərin müzakirələr və praktiki öyrənməni vəd edir.Tədbirdə biz veb və mobil inkişafda ən son tendensiyaları nəzərdən keçirəcəyik, süni intellekt və maşın öyrənmə sahəsinə qədəm qoyacağıq, backend və frontend proqramlaşdırmanın işlənib hazırlanması incəliklərinə yiyələnəcəyik.Bacarıqlarınızı artıracaq və üfüqlərinizi genişləndirəcək canlı kodlaşdırma seanslarından ibarət interaktiv seminarlarımızda(vorkşop) iştirak edin.

 Təlim sessiyaları:
 -Maşın öyrənmə (ML) və Süni İntellekt (Aİ)
 -Veb və Mobil Development
 -Backend və Frontend Development
 -Canlı kodlaşdırma ilə interaktiv seminarlar (Vorkşop)

Texnologiya həvəskarları ilə əlaqə qurun, ideya və fikirlərinizi bölüşün və bu sahədə ən yaxşı mütəxəssislərin təcrübəsindən yararlanın. İştirakçılarla ünsiyyət qurmaq üçün gün ərzində pulsuz nahar və kofe fasilələrindən həzz alın.

Xüsusi DevFest Hədiyyələri:
Bütün iştirakçılar, könüllülər və spikerlər dəbli DevFest köynəyi, ekoloji cəhətdən təmiz DevFest çantası,rəngarəng Devfest stikerləri və DevFest 2023 döş nişanı/sertifikatı daxil olmaqla, eksklüziv Swag xatirə hədiyyəsi komplektini alacaq.

Spikerlər/Sesiyalar/Cədvəl

Sesiya 1: Maşın öyrənmə (ML) və Süni İntellekt (Aİ) - Building B

11:00-12:00 - Məhəmməd Buallay (Google Developer Expert for Machine Learning): Introduction to ML-Ops (ENG)
12:10-13:10- Mirəkrəm Ağalarov (Lead Machine Learning Engineer at PRODATA LLC): Scalable Machine Learning Systems (AZE, ENG), Cəfər İsbarov (Lead Machine Learning Engineer at PRODATA LLC): Scalable Machine Learning Systems (AZE, ENG)
Nahar 13:10 - 14:30
14:30-15:30 - İrəm Kömürcü (Google Developer Expert for  Machine Learning): My process of becoming a GDE and my Data Science Career (TR)
15:40-16:50 - Nihat Abdullayev (Computer Vision Researcher @ADA University, CeDAR) : Applied AI in Assistive Technologies

Sesiya 2: Backend and Frontend Development- Building D

11:00-12:00 - Vrijraj Sing (Google Developers Expert for Web & Firebase): Building Performant Web Solution with Google Developers Technologies (ENG)
12:10-13:10 - Leyla Cahangirova (Senior Data Scientist):
13:10 - 14:30 -Nahar
14:30-15:30 -TBD
15:40-16:50  - Tunar Məmmədli (webapplications, software architecture, microservices engineer): Microservices Communication with gRPC (AZE, ENG)

Sesiya 3: Veb and Mobil Development

11:00-12:00  - Seyid Əli Əlkamel (GDE in Dart & Flutter): Flutter's design and architecture (ENG)
12:10-13:10 - Şamxal Quliyev (Senior iOS Developer at Kapitalbank): Usage of async / await in Swift (AZE, ENG)
13:10 - 14:30 -Nahar
14:30-15:30 -TBD
15:40-16:50  -TBD

Sesiya 4: Canlı kodlaşdırma ilə birlikdə interaktiv seminar (Vorkşop)

11:00-12:00  - Amel Sellami (Research Engineer @ InstaDeep, Google Developer Expert for ML): Getting Hands-on with MakerSuite and the PaLM API (ENG)
12:10-13:10 - Tayfun Sevimli (Tribe Tech Lead at ABB)
13:10 - 14:30 - Nahar Fasiəsi
14:30-15:30 -Kartik Derasari (Google Developer Expert for Google Cloud): Getting started with Generative AI on Google Cloud (AZE, ENG)

GDG Baku tərəfindən təşkil edilən DevFest 2023 texnologiya yeniliklərinin icmaya təqdim olunduğu məkandır və siz bu şansı əlldən vermək istəməyəcəksiniz! Tədbirdə görüşənədək!

Yaş məhdudiyyəti / Dil

0+
DevFest 2023 Baku DevFest 2023 Baku