Saniye Bencik Kangal

Tədbir haqqında

Türkiyəli məşhur dosent, doktor, akademik ana və yazıçı Saniye Bencik Kangal İLK DƏFƏ BAKIDA!

Badamdar Estates (Pullman hotel)

Saniye Bencik Kangal kimdir?
Ankarada anadan olub. 2003-cü ildə Hacettepe Universitetinin Uşaq İnkişafı və Təhsili fakültəsini bitirib. İstedadlı uşaqlarla işləyərək hazırladığı tezislərlə Hacettepe Universiteti Uşaq İnkişafı Departamentində magistr və doktorluq dərəcələrini alıb. 
Öyrənmə marafonu heç bitməyən Saniye Bencik Kangal 2011-ci ildə müəllim, 2014-cü ildə köməkçi dosent, 2017-ci ildə dosent adını alıb. 2017-ci ildə buraxılan “Qorxma! “Sən yaxşı anasan”adlı ilk kitabından sonra 2018-ci ildə “Oyunperest”, 2019-cu ildə “Oğlum” və 2021-ci ildə “Uşağımın beynində nələr olur?”, “Sənin üçün tort bişirdim”, “Dünya Uşaqlar", Kakaloji, Kakademi və Kakazoo, Balyanaks üçün Məxfilik Kitabı, Zorbalığa Qarşı Taktiklərim Var" və "Cəsarət həmişə mənimlədir" kitabları ilə uşaqların həyatına toxunmağı hədəfləyib. Onun kitabları valideynlik kateqoriyasında ən çox seçilən kitablar arasında idi.

 2022-ci ildə Mersin, Bursa, Hatay, Ankara və İzmirdə akademik Ana və Uşaq Bağçaları qurdu, ilki Darıcada oldu. 2019-cu ildə OYUNPEREST İnkişaf Akademiyası adlı mobil proqram hazırlamağa başladı. Bu proqram Tübitak tərəfindən dəstəklənir və valideynlərin ilk altı ayda uşaqlarının inkişafını günbəgün izləyə və inkişafa dəstək təklifləri ala bildiyi ilk platforma idi. 2022-ci ildə Oyunperest nəşrlərini yaradaraq, BebeKokulu brendi ilə körpələr üçün kitablar hazırlamağa başlamış, eyni il Oyunperest İnkişaf Akademiyası olaraq valideynlər və pedaqoqlar üçün onlayn və üzbəüz təlimlər təşkil etməyə başlamışdır.

Yaş məhdudiyyəti / Dil

12+ / Türkçe
Saniye Bencik Kangal Saniye Bencik Kangal

Məkan yeri