5–7 iyun tarixlərində akrobatika və aerobika gimnastikası üzrə Dünya kuboku idmansevərləri möhtəşəm yarış atmosferinə dəvət edir. Dünyanın müxtəlif ölkələrindən ən güclü gimnastlar bir araya gələrək yüksək səviyyəli çıxışları ilə tamaşaçılara əsl idman həyəcanı yaşadacaqlar.
Dinamika, enerji, peşəkarlıq və möhtəşəm şou elementlərini özündə birləşdirən Dünya kubokunu canlı izləmək fürsətini qaçırmayın. Akrobatika və aerobika gimnastikasının ən parlaq nümayəndələrinin çıxışlarına tribunadan şahid olun.
