Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bakı yenidən zərifliyin və incəliyin mərkəzinə çevrilir.
17–19 aprel tarixlərində Milli Gimnastika Arenası möhtəşəm idman bayramına ev sahibliyi edəcək. Bədii gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy çərçivəsində dünyanın ən zərif və istedadlı gimnastlarını bir araya gətirərək sənət və idmanın harmoniyasını nümayiş etdirəcək.
Üç gün davam edəcək yarışlarda gimnastlar həm ayrı-ayrı alətlər üzrə, həm də çoxnövçülük proqramında öz ustalıqlarını sərgiləyəcəklər.
Ənənəyə uyğun olaraq, yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası xüsusi “AGF Trophy” kuboku ilə mükafatlandırılacaq.
Bədii gimnastların əsrarəngiz çıxışlarını canlı izləmək üçün tribunada yerini tut!

1 ₼-dan
5 ₼-dan
3 ₼-dan
3 ₼-dan
7 ₼-dan