Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.
14–15 mart 2026 – “Şahdağ” Turizm Mərkəzi, Azərbaycan
2026-cı ilin mart ayında Azərbaycan dünya “fristayl” mərkəzinə çevriləcək.
“Şahdağ” Turizm Mərkəzi qış idman növlərinin möhtəşəm və nüfuzlu yarışlarından biri olan FIS Dünya kubokunun moqul və ikili moqul üzrə finallarına ev sahibliyi edəcək.
Müxtəlif ölkələrin milli yığmalarını təmsil edən dünyanın ən güclü idmançıları mövsümün həlledici yürüşlərində üz-üzə gələrək titullar, Dünya Kuboku xalları və fristayl tarixində yer uğrunda mübarizə aparacaqlar.
Yarışlar FIS-in beynəlxalq qaydalarına (ICR) uyğun keçiriləcək və Beynəlxalq Xizək və Snoubord Federasiyasının üzvü olan bütün ölkələr üçün açıq olacaq.
Tamaşaçıları gözləyir:
• Beynəlxalq standartlara cavab verən yamacda gərgin və həyəcanlı mübarizənin şahidi olmaq imkanı;
• Dinamik yürüşlər və akrobatik tullanışlara canlı tamaşa etmək fürsəti;
• “Şahdağ” Turizm Mərkəzinin əsrarəngiz dağ mənzərəsi və beynəlxalq idman tədbirinin möhtəşəm atmosferi.
Bu, sadəcə yarış deyil. Bu, dünya “fristayl” elitası ilə görüş imkanı və Azərbaycanın qış mövsümünün ən parlaq idman hadisəsidir.
FIS Dünya kubokunun moqul və ikili moqul üzrə finalları dünyanın ən güclü “fristayl” idmançılarını “Şahdağ” Turizm Mərkəzində bir araya toplayacaq. Azərbaycanın ən füsunkar dağ kurortlarından birində iki gün həyəcan dolu yürüşlər, yüksək texniki ustalıq və akrobatik tullanışlarla dolu beynəlxalq idman mühiti yaşanacaq.

15 ₼-dan
10 ₼-dan
10 ₼-dan
7 ₼-dan
1 ₼-dan
115 ₼-dan