Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
16 və 17 dekabr tarixlərində Milli Gimnastika Arenasında “Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi” keçiriləcək.
Bu iki gün ərzində həm qadın, həm də kişi gimnastlarımız müxtəlif yaş kateqoriyaları üzrə qüvvələrini sınayacaq, yüksək rəqabət şəraitində çempionluq uğrunda mübarizə aparacaqlar. İştirakçılar öz bacarıqlarını, güc və çevikliklərini nümayiş etdirəcək, arenada dinamik və nəfəs kəsən çıxışlara şahid olacağıq.
Bu həyəcan dolu mübarizəni tribunadan izləmək, idmançılarımıza dəstək olmaq fürsətini əldən verməyin.
Tarix: 16 və 17 dekabr
Məkan: Milli Gimnastika Arenası
