Ocağın Novruz bayramı

Tədbir haqqında

Qarşıdan bizə bahar əhval-ruhiyyəsi bəxş edəcək Novruz bayramı gəlir.

“Ocaq Sport” İdman Klubu təravətli bahar bayramı ərəfəsində də gimnastikasevərləri sevindirmək qərarına gəlib.

Belə ki, martın 19-u Bakı Olimpiya İdman Kompleksində “Ocaq” Sport Klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Ocağın Novruz bayramı” adlı bahar şənliyi təşkil ediləcək.

Xalqımızın qədim milli bayramı olan Novruz bayramına həsr olunacaq bayram şənliyində klubun idmançıları tərəfindən ölkəmizin adət-ənənələrini, mədəniyyətini tərənnüm edən çıxışlar nümayiş etdiriləcək.

Tədbirə gimnastların ifasında iştirak edəcək Kosa, Keçəl və Bahar qızı kimi Novruz bayramı personajları şouya xüsusi rəng qatacaq.

Hər birinizi “Ocağın Novruz bayramı” na dəvət edirik!

 

Şounun başlama vaxtı:

19 mart - 17:00

Ünvan: Bakı Olimpiya İdman Kompleksi

Bakı şəh., Olimpiya küç., 7

Yaş məhdudiyyəti / Dil

5+
Ocağın Novruz bayramı Ocağın Novruz bayramı