Qarabağ FK - Sabah FK

Tədbir haqqında

Tədbir üçün əldə edilmiş biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa edilmir.

Qadınlar üçün giriş ödənişsiz biletlərlə həyata keçirilir. Ödənişsiz biletlər yalnız kassaya şəxsən yaxınlaşan qadınlara təqdim olunur və hər bilet yalnız həmin şəxsin iştirakı ilə verilir. Üçüncü şəxslər üçün (o cümlədən ailə üzvləri, tanışlar və s.) ödənişsiz bilet əldə etmək mümkün deyil.

Qarabağ FK formasında olan azarkeşlər üçün də giriş ödənişsiz biletlərlə təmin olunur. Bu biletlər yalnız stadion kassalarında və yalnız formanı geyinmiş şəxsin birbaşa iştirakı ilə təqdim edilir. Digər şəxslər üçün bu kateqoriya üzrə bilet verilməsi mümkün deyil.

Biletləri 16 aprel tarixindən etibarən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Biletlər onlayn şəkildə QR-bilet formatında satışa çıxarılır, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da yalnız QR-bilet formatında təqdim olunur.
QR-biletdən istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyiniz hesabınıza daxil olmağınız tələb olunur.

QR-biletlər yalnız tədbir günü aktivləşdiriləcəkdir.

QR-biletin ekran görüntüsü, kənardan çəkilmiş fotoşəkli və ya digər qeyri-rəsmi formaları giriş zamanı qəbul edilmir.

Bir nəfər üçün maksimum 5 bilet əldə etmək mümkündür.

Yaş məhdudiyyəti / Dil

6+
Qarabağ FK - Sabah FK Qarabağ FK - Sabah FK