Sabah FK - FC RFS

Tədbir haqqında

Azərbaycan Premyer Liqasının son mövsümündə uğurla çıxış edərək çempionatı 2-ci pillədə başa vuran “Sabah” yeni mövsümdə tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək. Təmsilçimiz UEFA Konfrans Liqasında mübarizə aparacaq. “Sabah”ın Konfrans Liqasında ilk rəqibi Latviyanın RFS klubu olacaq. Bu komandalar arasında ölkəmizdə baş tutacaq matç avqustun 3-də saat 20:00-da baş tutacaq. Görüş Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək. Oyunun biletləri sektordan asılı olaraq 5, 7, 10, 20 və 150-dir.

Bundan əlavə, stadionda “lounge zona” da fəaliyyət göstərəcək. 14-cü və “Lounge sektor”a bilet alan şəxslər “lounge zona”nın üstünlüklərdən faydalana biləcəklər. Bura daxildir:

- Stadiona daxil olmaq üçün xüsusi giriş; 
- Tribunalarda yumşaq və geniş oturacaqlar; 
- Xüsusi istirahət zonası; 
- Ləziz qəlyanaltılar və eksklüziv yemək menyusu; 
- DJ ifası və əyləncəli musiqi proqramı; 
- İstirahət zonası matçdan 1 saat əvvəl, matç ərzində və matçdan sonra 30 dəqiqə ərzində fəaliyyət göstərir.  

Oyunun keçiriləcəyi “Bank Respublika Arena” yenicə Avropa standartlarına uyğun təmir edilib. Arenanın tamaşaçı tutumu 10 min yerlikdir. Gəlin, “Sabah”ımızı Avropa kuboklarında ilk ev oyununda tək qoymayaq!

QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.

Yaş məhdudiyyəti / Dil

6+
Sabah FK - FC RFS Sabah FK - FC RFS