“Şirəbənzər”

Tədbir haqqında

3 gün əvvəl tanış olan Rəna ilə Muradın həyatına birdən-birə rəng qatılır. Onlar  anlayırlar ki, bir-biri üçün yaranmışlar. Rəna həyat yoldaşı Ramizdən ayrılıb, amma Ramiz hər şeyin bərpa olacağını düşünür və Rənanı rahat buraxmaq istəmir. Murad da subay deyil: ailəsi, üç yaşlı oğlu, uğurlu karyerası var... Görünüşcə insanın xoşbəxtliyi üçün sahib olduğu bütün amillərə rəğmən, Murad Rəna ilə görüşə qədərki həyatını sadə vərdişlərdən ibarət  olduğunu düşünür və hər şeydən imtina edib qalan ömrünü onunla bağlamağa qərar verir... Amma hər iki tərəfə bağlı insanlar, ətraf, cəmiyyət var...

Tamaşaçıların qəhrəmanlara çox yaxın məsafədə olmaq və hadisələri içdən izləmək şansı var! Qaçırmayın!

Yaş məhdudiyyəti / Dil

16+
“Şirəbənzər” “Şirəbənzər”