Arşın mal alan

Tədbir haqqında

Ölməz klassika "Nağılçı" iştirakçılarının təqdimatında! Üzeyir Hacıbəylinin hamı tərəfindən sevilən "Arşın Mal Alan" operettası bu dəfə fərqli bir formatda səhnəyə qayıdır. "Nağılçı" yaradıcılıq emalatxanasının üzvləri bu klassik əsəri özünəməxsus səmimiyyətlə canlandırırlar.

Tamaşa haqqında məlumat:

  • 0-16 yaş arası gənc aktyorlar;
  • Tamaşa ingilis dilində təqdim olunacaq;
  • Peşəkar səhnə fəaliyyətinə yeni addımlarını atan aktyorlarımızın böyük həvəs və səmimi ifası.

Bilet satışından əldə olunan gəlirin 10%-i ucqar regionlardakı uşaqların incəsənət yönümlü inkişafına dəstək məqsədilə ayrılacaq. Klassikaya uşaqların dünyasından baxmaq və bu həyəcanı onlarla bölüşmək üçün hər birinizi gözləyirik!

Yaş məhdudiyyəti / Dil

3+ / English
Arşın mal alan Arşın mal alan