Cəza

Tədbir haqqında

“Cəza”  

Yaş həddi: 18+

Müəllif: Tamara Vəliyeva

Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Əməkdar incəsənət xadimi)

Tək  ifa:  Kəmalə Müzəffər  (Əməkdar artist)

Janr:  tək  adamlıq psixoloji oyun

Tamaşanın müddəti: I hissəli – 1 saat 10  dəqiqə

      

       Ən böyük cəza insanın özünə verdiyi cəzadır.

       Ömrünün ən yetkin, ən məsuliyyətli anında bir qadın başqasını sevir... Amansızcasına sevir və yeni həyata ümid edir. Körpələrini də unudur, həyat yoldaşını da, evini, məsuliyyətini... Hər şeyi unudur. Çünki, sevir.

       İnsan yaşadığı deyil, umduqlarını, gözlədiklərini istəyəndə fəlakət başlayır. Ümid sabahı açmaq üçün açardır. Amma ümid həm də ölümün kölgəsidir. Ümid bitən anda faciə başlayır. Çünki... Uşaqlarından qoparılan ana... ətrafında ot belə bitməyən qurumuş ağac kimidir. Bir yol qalır – intihar.

       İntihar isə qəbuledilməzdir.

 

Yaş məhdudiyyəti / Dil

18+
Cəza Cəza