
“Emilya, nə deyirsən?”

“Emilya, nə deyirsən?”
Təsvir
“Emilya, nə deyirsən?”
Sənədli və interaktiv tamaşa
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi izləyicinin də teatr təcrübəsinin iştirakçısına çevrildiyi “Emilya, nə deyirsən?” tamaşasına dəvət edir.
Tamaşaçı ilə aktyor arasındakı sərhədlərin dəyişdiyi bu görüşdə hər bir iştirakçı səhnədə yaşanan hekayənin bir parçası olacaq. Bu təcrübəni bizimlə yalnız 17 nəfər bölüşə biləcək.
“Emilya, nə deyirsən?” Azərbaycan xalq nağılı “Tıq-Tıq xanım”ın müasir yozumudur. Müasir insanların real hekayələrini bir araya gətirən tamaşa uşaqlıqdan tanıdığımız nağıla tənhalıq və ayrılıq prizmasından yenidən baxır.
İnsanlarla ünsiyyət həyatımızda hansı yeri tutur? Aramızdakı məsafələr necə yaranır? Müasir cəmiyyətdə tənhalıq niyə daha çox hiss olunur? Tamaşa bu sualları tamaşaçı ilə birlikdə araşdırır.
Yaradıcı heyət
Müəllif: Zərif Bəkirova
Rejissor: Aynur Zərrintac
Aktyorlar:
Zərif Bəkirova
Ülkər Əliyeva
Arzu Həsənova
Sərxan Nəciyev
Arzu Əmiraslanova
İşıq və musiqi: Məhəmməd Məmmədov
Qaydalar
Tamaşanın formatını nəzərə alaraq, tamaşaçılardan saat 18:50-dən gec olmayaraq məkanda olmaları xahiş olunur.
